Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Liqasının 10-cu turunun təxirə salınmış oyununda “Əl-Nəcmə”yə qarşı penaltidən qol vurub.
İdman.Biz bildirir ki, 41 yaşlı “Əl-Nəsr” hücumçusu 11-ci dəqiqədə fərqlənib.
Bu, portuqaliyalı futbolçunun penaltidən vurduğu 182-ci qoldur. O, karyerası ərzində 217 dəfə buna cəhd edib.
Müqayisə üçün, Lionel Messinin aktivində 144 penalti cəhdi və 112 penaltidən qol var.