RU

Britaniya səfiri Gürcüstan XİN-ə çağırıldı

Britaniyanın Tbilisidəki səfiri Londonun iki Gürcüstan televiziya şirkətinə qarşı tətbiq etdiyi sanksiyalara görə ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu barədə "Rustavi 2"yə bildirib.

Onun sözlərinə görə, Britaniya səfiri 26 fevralda XİN-ə gələrək ölkə hakimiyyətinin qərarının əsasını izah etməlidir.

Xatırladaq ki, 24 fevralda Böyük Britaniya hökuməti iki Gürcüstan televiziya kanalına - "İmedi" və "Postv"yə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Избранный
42
publika.az

1Источники