RU

Consondan ABŞ-ın Ukrayna ilə bağlı qərarına reaksiya:“RÜSVAYÇILIQDIR!”

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson ABŞ-ın BMT Baş Assambleyasında Ukraynanı dəstəkləyən qətnaməyə səs verməkdən çəkinməsi qərarını tənqid edib.

 

Yerli KİV bildirir ki, bu barədə o, “X” hesabında yazıb.

 

“Vaşinqton ötən il belə bir qətnaməyə qarşı səs versə də, indi bitərəf qalıb. Bu, “irəliləyiş” hesab edilə bilər. Əslində, bu rüsvayçılıqdır”, - Conson bildirib.

 

Səsvermənin nəticələrinə görə, Ukrayna ilə bağlı Rusiya əleyhinə qətnamənin lehinə 107, əleyhinə 12 ölkə səs verib, ABŞ də daxil olmaqla 51 ölkə bitərəf qalıb.

 

BMT Baş Assambleyasının prezidenti Annalena Berbok ABŞ-ın  səsvermədən əvvəl Rusiya əleyhinə məqamları qətnamədən çıxarmaq istədiyini açıqlayıb.

Избранный
1
1
senzor.az

2Источники