RU

Kuba DİN: Katerdən saxlanılanlar terror niyyətlərini etiraf ediblər

BAKI, 26 fevral. TELEQRAF

ABŞ qeydiyyat nömrəli sürətli katerlə saxlanılan şəxslər ölkə ərazisinə terror məqsədilə daxil olmaq niyyətlərini etiraf ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Kubanın Daxili İşlər Nazirliyi məlumat verib.

Qurumun məlumatına görə, zərərsizləşdirilmiş, Florida ştatında qeydiyyatda olan sürətli katerdə 10 silahlı şəxs olub. Saxlanılanların ilkin ifadələrinə əsasən, onlar Kuba ərazisinə terror məqsədi ilə daxil olmağı planlaşdırıblar.

Nazirlik qeyd edib ki, insident iştirakçılarının hamısı ABŞ-də yaşayan kubalılardır. Həlak olanlardan birinin də Kuba vətəndaşı olduğu bildirilib.

Məlumata əsasən, saxlanılanların əksəriyyətinin cinayət və zorakılıq fəaliyyəti ilə bağlı keçmişi var.

Hazırda araşdırma davam edir, daha üç nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Избранный
44
teleqraf.com

1Источники