RU

Əsrin dəhşətli faciəsi - Xocalı soyqırımından 34 il keçir

Ermənistan silahlı birləşmələrinin və Rusiyanın 366-cı motoatıcı alayının Azərbaycanın Xocalı şəhərində din əhaliyə qarşı həyata keçirdiyi soyqırımından 34 il il keçir. Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən azərbaycanlılara qarşı, ümumən insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrdən biridir. Qədim yaşayış məskənlərimizdən biri olan Xocalı şəhəri sərt bir qış gecəsi ölüm-dirim meydanına çevrildi, qan su yerinə axdı, günahsız insanların ah-naləsi, fəryad səsləri göylərə yüksəldi. Mənfur düşmən öz çirkin əməli ilə bağışlanmaz bir cinayətə yol verdi. Bu cinayət nəticəsində 613 nəfər qətlə yetirildi; o cümlədən 63 uşaq, 106 qadın, 70 yaşlı, 8 ailə tamamilə məhv edildi; 25 uşağın hər iki valideyni, 130 uşağın isə bir valideyni öldürüldü. Həmçinin 487 nəfər yaralandı, 1275 nəfər girov götürüldü, 150 nəfər isə itkin düşdü.

Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən dəhşətli soyqırımlardan biridir. Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir.
Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində biz artıq qalib bir ölkənin sakinləriyik. 44 günlük Vətən müharibəsi ilə və 23 saatlıq anti-terror əməliyyatı ilə qəhrıman Azərbaycan ordusu bütün dünyaya sübut etdi ki, Xocalı bizim müqəddəs yurd yerlərimizdən biridir. Və biz doğma Xocalının qisasını qəhrəmancasına aldıq. Biz onlar kimi arxadan zərbə vurmadıq. Biz döyüşdə, savaşda, müharibədə və mübarizədə öz sözümü dedik. Dedik və əməl etdik. Əbədi-əzəli torpaqlarımızın halal sahibi olduq. Artıq Xocalı azaddır. Xocalı yenidən qurulur və artıq bu torpağın didərgin salınmış əsl sahibləri öz yurdlarına, yenidən qurulan evlərinə qayıdırlar. Xocalıda həyat qaynayır, Xocalı abadlaşır.
Избранный
18
yenilik.az

1Источники