RU

Hansı xəstəliklər zamanı çay təhlükəli ola bilər?

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Çay dünyada sudan sonra ən çox istifadə olunan içkilərdən biridir. O, qəhvədən fərqli olaraq daha yumşaq tonuslandırıcı təsir göstərir və orqanizmi uzunmüddətli enerji ilə təmin edir.

Lent.az xəbər verir ki, araşdırmalar çayın antioksidant xüsusiyyətlərə malik olduğunu, arıqlama prosesinə dəstək verdiyini və orqanizmdən toksinlərin xaric olunmasına kömək etdiyini göstərir. Lakin bütün bu üstünlüklərə baxmayaraq, mütəxəssislər xəbərdarlıq edirlər: bəzi xəstəliklər və vəziyyətlər zamanı çay təhlükəli ola bilər.

Allergik reaksiyalar və fərdi həssaslıq

Xüsusilə bitki tərkibli çaylar (fitocaylar) allergiyaya meyilli insanlarda risk yarada bilər. Bitkilər bioloji aktiv maddələrlə zəngindir və güclü allergen kimi təsir göstərə bilər. Nəticədə dəri səpkiləri, nəfəs darlığı və digər gözlənilməz reaksiyalar yarana bilər.

Hipertoniya və yuxu pozuntuları

Yüksək arterial təzyiqi olan şəxslər çayı ehtiyatla içməlidirlər. Çayın tərkibində kofein və tein mövcuddur ki, bu maddələr təzyiqin artmasına səbəb ola bilər. Hipertoniyadan əziyyət çəkənlərə ya zəif dəmlənmiş çay, ya da ümumiyyətlə kofeinsiz alternativlər tövsiyə olunur. Yuxusuzluq və digər yuxu problemləri olan insanlar üçün də çay arzuolunmaz ola bilər. Sinir sistemini stimullaşdırdığı üçün vəziyyəti daha da ağırlaşdıra bilər. Bu halda çayı yalnız günün birinci yarısında qəbul etmək məsləhətdir.

Hamiləlik dövrü

Hamilə qadınlar kofein qəbuluna ciddi nəzarət etməlidirlər. Həddindən artıq kofein dölün inkişafına mənfi təsir göstərə və gələcəkdə ürək-damar problemləri riskini artıra bilər. Bu səbəbdən hamiləlik zamanı güclü çaydan imtina etmək və ya onu minimuma endirmək tövsiyə olunur.

Mədə-bağırsaq sistemi xəstəlikləri

Xroniki qastrit, yüksək turşuluq, mədə xorası və digər mədə-bağırsaq problemləri olan şəxslər üçün çay zərərli ola bilər. Çay mədə şirəsinin ifrazını artırır və selikli qişanı qıcıqlandıra bilər. Bu isə ağrı və narahatlığın artmasına səbəb olur. Çay sağlam insan üçün faydalı içki sayılsa da, bəzi xəstəliklər zamanı ehtiyatlı yanaşmaq vacibdir. Əgər xroniki probleminiz varsa, gündəlik çay qəbulunu həkimlə məsləhətləşərək tənzimləmək daha doğru olar.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
lent.az

1Источники