“Bu gün biz sülh prosesi barədə danışırıq”.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu nə qədər qətiyyətli addımlar atırdısa, Ermənistanla sülh prosesində də bunu bütün dünya görür: “Ancaq biz tariximizi unuda bilmərik”.