ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Osimhen, Hoq, Tçaumeni və Sorlotun yarışı
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər “Qalataray”dan Viktor Osimhen, “Bodo/Qlimt”dən Kasper Hoq, “Atletiko”dan Aleksandr Sorlot və “Real”dan Aurelien Tçaumenidir.
Osimhen “Yuventus”la matçda 1 qol vurub. Tçaumeni “Benfika” ilə görüşdə qapını dəqiq nişan alıb. Hoq “İnter”lə oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Sorlot isə “Brügge” ilə qarşılaşmada het-trik edib.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.