RU

“Xocalı faciəsi dünyada ötən əsrin soyqırım cinayəti kimi qiymətləndirilir”

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində baş verən qətliam yalnız regional münaqişənin bir qanlı epizodu deyildi. Bu faciə həm də sovet dövrünün dağılma prosesində ortaya çıxan hakimiyyət çatışmazlığı və etnik qarşıdurmaların bəşəriyyət üçün nə qədər təhlükəli ola biləcəyini göstərən həssas bir nümunə oldu”.

Publika.az xəbər verir ki, bu sözləri Xocalı Soyqırımı Günü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, 25 fevral gecəsi Ermənistan silahlı qüvvələrinin, Qarabağdakı erməni silahlı dəstələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə şəhərə hücum planlaşdırıldı və həyata keçirildi. “Bu hücum nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və qocalar qətlə yetirildi, yüzlərlə insan ağır yaralandı və 1275 nəfər əsir götürüldü. Onların arasında yüzlərlə insanın taleyi bu günə qədər məlum deyil. Azərbaycan hökuməti və hüquq mühafizə orqanları hücumun məqsədinin yalnız şəhəri ələ keçirmək olmadığını, eyni zamanda etnik səbəblərlə dinc əhali üzərində zorakılıq siyasətinin həyata keçirildiyini qeyd edir. Bu istiqamətdə Xocalı olayının “soyqırımı” aktı kimi xarakterizə edilməsi ölkənin daxili qanunvericiliyi və bir sıra beynəlxalq müqavilələr baxımından əsaslandırılır.”

Избранный
8
1
publika.az

2Источники