RU

Kafedə eşitdiyi söyüşü həzm edə bilmədi, stulu başına çırpdı

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Ağcabədi rayonunda 1982-ci il təvəllüdlü Faiq şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Akifə (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 12-də rayonunun Qaravəlli kəndində baş verib. Faiq həmin gün gecə saat 00:30-da kənd ərazisində yerləşən Akifə məxsus kafedə onun bir gün əvvəl, günün ikinci yarısında onu təhqir etməsinin bəhanə edib.Bu məsələnin səbəbini aydınlaşdırmaq üstündə yaranmış münaqişə zamanı onun sol qol nahiyyəsinə bir dəfə dəmir materialından hazırlanmış oturacaq stul ilə, həmçinin sifət və bədəninin müxtəlif nahiyyələrinə bir neçə yumruq zərbələri vurub.Faiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İttihama münasibət bildirən Faiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

Faiq ifadəsində göstərib ki, Ağcabədi rayonunun Qaravəlli kəndində yaşayır, fərdi əməklə məşğuldur: “Mən Akifi tanıyıram, qohumluq əlaqələrimiz var. Əvvəllər aramızda münaqişə və ya ədavət olmayıb. İyulun 11-də, günün ikinci yarısında işdən gəldim. Həm yemək yemək, həm də pivə içkisi içmək üçün həmkəndlim və qohumum  Akifə məxsus kafeyə getdim. Həmin kafedə tək əyləşdim və sifarişlərimi verdim. Yemək yeyən zaman Akif sərxoş halda mənə salam verdi. Mən də onun salamını aldım. Sonra Akif yanımdan getdi və bir neçə dəqiqə sonra yaxınlaşaraq hesabı ödəməyə pulumun olub-olmadığını soruşdur. Akifə “indiki vaxtadək nə yemişəmsə pulunu vermişəm” sözlərini dedim. Həm Akif, həm də özüm sərxoş olduğumuz üçün həmin vaxt aramızda sözlə mübahisə yaransa da, mübahisə uzun çəkmədi. Mən əsəbi olduğum üçün hesabı ödəyərək getdim. Lakin Akif mübahisə zamanı ünvanıma nalayiq ifadə işlətdiyi üçün onu təklikdə tapıb məsələni aydınlaşdırmağı qərara aldım. Mən kafedən getdim”. Təqsirləndirilən qeyd edib ki, Akifin kafeni bağladığı saatı bildiyi üçün iyulun 12-də, təxminən saat 00:30-da yalnız şəkildə onun kafesinə gedib: “Akif stulda yalnız oturmuşdu. Ona yaxınlaşaraq salam verdim və söhbət əsnasında ondan məni təhqir etməsinin səbəbini soruşdum. Akif yenə də məni təhqir etməyə başladığı üçün əsəbləşdim. İlk öncə Akifin oturduğu stulu əlimə alaraq onu vurmaq istədim. Bu zaman Akif əlini qabağa verdiyi üçün stul onun qol nahiyyəsinə dəyərək xəsarət yetirdim. Biz dalaşmağa başladıq. Mən yumruqla Akifin sifət və bədəninin müxətlif nahiyyələrinə bir neçə zərbə endirdim. Biz dalaşdıqdan sonra qardaşım qaçaraq bizə yaxınlaşdı, harayçılıq edərək bizi sakitləşdirdi. Daha sonra Akif məndən şikayət edəcəyini dedi, məni təhqir edə-edə avtomobilinə minərək oradan uzaqlaşdı. Mən qardaşım ilə evə getdim”. Bu cinayət işinə Ağcabədi Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkəndən üzr istəyib, onunla barışıb. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət işinə xitam verilib. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
demokrat.az

1Источники