RU

Braziliyalı hücumçu üçün təklif gözləyir - Premyer Liqa mənsubu

“Nottingem Forest”in hücumçusu İqor Jesus cari mövsümün sonunda klubdan ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Braziliyalı futbolçunun Avropa Liqasındakı təsirli çıxışına baxmayaraq, İngiltərə Premyer Liqasında oyunu “meşəçilər”i qane etməyib və klub onun üçün təklifləri nəzərdən keçirməyə hazırdır.

Klubda hesab edirlər ki, Jesus Avropanın digər liqalarına daha uyğundur və yüksək templi Premyer Liqa yaxşı fiziki hazırlıq tələb edir.

“Nottingem Forest” 25 yaşlı forvardı 2025-ci ilin yayında Braziliyanın “Botafoqo” klubundan 19 milyon avroya alıb.

Hücumçu İngiltərə komandasının heyətində 35 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə verib.

Избранный
19
sportinfo.az

1Источники