RU

Son bir gündə 59 cinayətin üstü açılıb - DİN

Fevralın 25-də ölkə ərazisində 59 cinayət, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 2 cinayət açılıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. 

Ümumilikdə 117 nəfər axtarışda olduğuna görə saxlanılıb, onlardan 92 nəfər borclu şəxs qismində aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə bağlı 40 fakt, qanunsuz saxlanılan silah və sursatla əlaqəli isə 15 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində hüquq-mühafizə orqanları tərəfindən qeydə alınan cinayətlərin açılması təmin olunub.

Gülnar 

 

Избранный
23
2
anews.az

10Источники