RU

Mesut Gülaçtı: Xocalı soyqırımı bəşəriyyət vicdanının ortaq yarasıdır

Xocalı soyqırımı yalnız Azərbaycan xalqının deyil, bütün Türk dünyasının və bəşəriyyət vicdanının ortaq yarasıdır. Günahsız insanlara qarşı törədilən bu qətliam beynəlxalq hüququn, insan haqlarının və humanitar dəyərlərin açıq şəkildə pozulmasıdır.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Türk Dünyası İnkişaf və İnnovasiya Mərkəzinin sədri Mesut Gülaçtı deyib.

1992-ci il fevralın 26-da Xocalıda bəşəriyyət tarixində qara ləkə kimi qalan dəhşətli bir soyqırımının törədildiyini qeyd edən müsahib deyib: “Mülki əhalinin hədəf alındığı bu amansız hücum nəticəsində qadınlar, uşaqlar və yaşlılar vəhşicəsinə qətlə yetirilib, minlərlə insan yaralanb və əsir götürülüb. Xocalıda baş verənlər hətta müharibənin belə qəbul etməyəcəyi bir insanlıq dramıdır. Bir gecədə 613 mülki vətəndaş həyatını itirib ki, onlardan 63-ü uşaq, 106-sı isə qadındır”.

O, bildirib ki, illər keçməsinə baxmayaraq, Xocalı soyqırımının insanların ürəyində açdığı yara ilk günkü kimi təzə və dərindir.

“Lakin biz yaxşı bilirik ki, yaddaşını yaşadan millətlər ayaqda qalır. Xocalını unutmamaq, ədalət tələbimizi diri saxlamaq, insanlıq vicdanını yaşatmaq deməkdir. Türk dünyası baxışı ilə keçmişimizin ağrılarını unutmadan, gələcəyimizi sülh, ədalət və qardaşlıq prinsipləri üzərində qurmaq əzmindəyik. Çünki tarix yalnız xatırlamaq üçün deyil, eyni zamanda dərs çıxarmaq üçündür. Bu gün biz yenə Xocalıda həyatını itirən bütün şəhidlərimizi dərin ehtiram və rəhmətlə yad edir, Azərbaycan xalqının kədərini ürəkdən bölüşürük”, - deyə mərkəz rəhbəri bildirib.

Избранный
5
4
ikisahil.az

5Источники