RU

Oman XİN rəhbəri ABŞ-a İranın nüvə məsələsi ilə bağlı təkliflərini təqdim edəcək

Omanın xarici işlər naziri Bədr əl-Busaidi bu gün Cenevrədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşərək, ona İranın nüvə müqaviləsi ilə bağlı mövqeyini təqdim edəcək.

APA xəbər verir ki, bu barədə Oman XİN-dən bildirilib.

Məlumata görə, bununla yanaşı, omanlı nazir ABŞ tərəfinin irəli sürdüyü fikirləri və təklifləri dinləyəcək.

Qeyd edək ki, Oman XİN rəhbəri Cenevrədə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb. Tərəflər danışıqlar prosesinin gedişatını müzakirə edərək, Tehranın nüvə məsələsi ilə bağlı əldə ediləcək razılaşmaya dair təkliflərini nəzərdən keçiriblər.

Избранный
25
2
apa.az

3Источники