RU

“İranın nüvə silahı əldə etməsinə icazə verilməyəcək” - ABŞ

"İranın nüvə silahı istehsal etməsinə icazə verilməyəcək". 

Missiya.Az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib.

Vens əlavə edib ki, diplomatiya ABŞ üçün prioritetdir, lakin danışıqlar uğursuz olarsa, digər variantlar da masada qalır.

"ABŞ Prezidenti Donald Trampın mövqeyi açıqdır. İran nüvə silahına sahib ola bilməz. Bu ABŞ-nin milli təhlükəsizliyinə ciddi təhdiddir",- o  qeyd edib.

Xatırladaq ki, İran və ABŞ arasında nüvə danışıqları 2025-ci ilin iyununda dayandırılmışdı, lakin regional ölkələrin və Omanın vasitəçiliyi ilə yenidən bərpa olunub. Tərəflər fevralın 6-da Omanda, 17-də isə Cenevrədə görüşərək danışıqları davam etdiriblər. Növbəti görüş 26 fevralda Cenevrədə nəzərdə tutulur.

Seyranə QuliyevaMissiya.Az

Избранный
20
missiya.az

1Источники