RU

CNN: Rusiyanın PUA sahəsində irəliləməşi Ukrayna Silahlı Qüvvələrinə təzyiqi artırır

Rusiyanın xüsusi hərbi əməliyyatlar zonasında pilotsuz sistemlərdəki sürətli irəliləyişi Ukrayna hərbçiləri arasında çaxnaşmaya səbəb olur.

Herbiand.az bu barədə CNN telekanalına istinadən xəbər verir.

“Pilotsuz texnologiyaların sürətli inkişafına görə bir an belə rahatlanmaq mümkün olmur. Bu gün Rusiya qoşunlarına qarşı işləyən heç bir şey gələn ay işləməyəcək”, - telekanal qeyd edib.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrində ciddi kadr çatışmazlığı yaşanır. Kanalın məlumatına görə, bəzi hallarda Ukrayna qoşunları Rusiya Silahlı Qüvvələrindən 20 dəfə kiçikdir ki, bu da onların vəziyyətinə ciddi təsir göstərir.

Bu fonda Rusiya hazırladığı yeni məhsulları təqdim etməyə davam edir. Daha əvvəl “Kalaşnikov” konserni 100 km-dən çox mənzilə malik “Kub-10ME” taktiki kamikaze pilotsuz təyyarəsinin yaradıldığını elan etmişdi.

Bu arada, Ukrayna hərbçiləri Avropa və ABŞ-dan tədarük edilən pilotsuz təyyarələri getdikcə daha çox tənqid edirlər. Euractiv nəşrinin məlumatına görə, döyüşçülər bildiriblər ki, bu cihazların əhəmiyyətli hissəsi aşağı effektivlik nümayiş etdirir və mövcud münaqişənin şərtlərinə pis uyğunlaşıb.

Bəxtiyar CƏFƏRLİ

Избранный
12
herbiand.az

1Источники