RU

Bunu etməsək, sülh məhv ola bilər Paşinyan

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sülhün arxitekturası 1991-ci il Almatı Bəyannaməsinin əsasında qurulub və sülh prosesi öz zirvəsinə avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və iştirakı ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin də Ermənistan və Azərbaycan arasında sülh sazişinin çərçivəsi üzrə qəbul edilmiş birgə bəyannamənin imzalanması ilə çatıb”.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, ABŞ Prezidentinin təşəbbüsü və iştirakı bölgədə sülh üçün çox önəmli rol oynayıb.

“2025-ci il müstəqillikdən bəri ilk il olub ki, Ermənistan və Azərbaycan qüvvələri arasında atışmalar nəticəsində sərhəddə heç bir itki qeydə alınmayıb. İndi bölgəmizdə həqiqi sülh mövcuddur. Sülh hələ qurulma mərhələsindədir və onun qorunmasına diqqət yetirilməlidir. Əsas ideya budur ki, indi bizdə sülh var, amma sülhü möhkəmləndirmək, institutsional etmək lazımdır və bunun üçün davamlı səylər göstərməliyik. Bəli, sülh mövcuddur, amma ona laqeyd yanaşmaq olmaz, əks halda sülh məhv ola bilər”, – o qeyd edib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
3
icma.az

4Источники