RU

Türk Dünyası Parlamentarilər Birliyi: Xocalı cinayətlərinin iddia müddəti yoxdur

Ankara, 26 fevral, AZƏRTAC

Azərbaycan xalqına qarşı qanlı cinayətlərdə iştirak edən bütün şəxslər məsuliyyətə cəlb olunmalıdır. Xocalı işində tarixi ədalətin zəfəri gələcəkdə analoji vəhşiliklərin qarşısının alınmasının açarıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ankarada yerləşən Türk Dünyası Parlamentarilər Birliyi təşkilatının Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı yaydığı bəyanatda bildirilib. Dünyanın hər yerindən keçmiş parlamentariləri birləşdirən təşkilat erməni təcavüzkarlarının Xocalıda törətdiyi vəhşilikləri insanlığa qarşı cinayət və BMT-nin Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının kobud şəkildə pozulması adlandırıb.

Türk Dünyası Parlamentarilər Birliyi Xocalıdakı qırğınlar kimi cinayətlərin iddia müddətinin olmadığını vurğulayıb. “Azərbaycanın yüzlərlə mülki vətəndaşına qarşı vəhşiliklərdə iştirak edən hər kəs cəzalandırılmalıdır. Xocalı unudulmayacaq!” - deyə təşkilatın baş katibi, 21-ci çağırış Türkiyə parlamentinin üzvü Nail Çələbinin imzaladığı bəyanatda bildirilir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
16
4
azertag.az

5Источники