Bakıda şirkətdə ölüm hadisəsi baş verib.BUTA.TVAPA-ya istinadən xəbər verir ki, hadisə fevralın 25-də Səbail rayonu Badamdar qəsəbəsinin ərazisində yerləşən “Hünər Qrup” MMC-də qeydə alınıb. Orada işləyən Neftçala rayon sakini 1988-ci il təvəllüdlü Ramil Səfərov üzərinə elektrik barabanının düşməsi nəticəsində ölüb.