BAKI, 26 fevral. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qalatasaray”ı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, ölkə başçısı İtaliyada “Yuventus”u iki oyunun nəticəsinə görə 7:5 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırdıqdan sonra futbolçuları telefon zəngi vasitəsilə təbrik edib.
Eyni zamanda, komanda bu qələbəni Ərdoğanın doğum gününə ərməğan edib.