ABŞ Maliyyə Nazirliyi bu ölkə ilə əlaqələrinə görə yeddi ölkə və ərazidən olan dörd İran vətəndaşına və 16 şirkətə sanksiya tətbiq etdi. Bu barədə agentliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) açıqlamasında bildirilib.
Sanksiya siyahılarına Britaniya Virgin Adaları, İran, Liberiya, Marşal Adaları, Birləşmiş Ərəb Əmirlikləri, Panama və Türkiyə kimi ölkə və regionlarda qeydiyyatdan keçmiş hüquqi şəxslər daxildir.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi Barbados, Vanuatu, İran, Komor adaları, Palau və Panama bayraqları altında fəaliyyət göstərən 12 tanker və qaz daşıyıcısına məhdudiyyətlər tətbiq etdi.
Əziz Mustafa