Bina çatlarında söyüş söyənlər 10 min rubladək cərimələnə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “RİA Novosti” hüquqşünas rəyinə istinadən məlumat yayıb.
Rusiya qanunvericiliyinə görə, yaşayış binalarının daxili vatsap (WhatsApp) və ya teleqram qruplarında, bağçılıq yoldaşlıqlarının çatlarında və digər oxşar dialoq platformalarında söyüş söyən şəxsləri ciddi pul cəriməsi gözləyir.
Hüquqşünas bildirib ki, bu cür hərəkətlər Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 5.61-ci (“Təhqir”) maddəsi ilə tövsif edilir.
Qaydalara əsasən, qeyri-etik ifadələrə yol verən fərdi şəxslər 10 min rubla (təxminən 220 manat) qədər cərimə oluna bilərlər.
Bundan əlavə, həmin platformaların moderatorları və vəzifəli şəxsləri üçün cərimə məbləği 100 min rubla (təxminən 2 200 manat), hüquqi şəxslər üçün isə 700 min rubla (təxminən 15 400 manat) qədər müəyyən edilib.
Ekspertlər qrup üzvlərini ünsiyyət zamanı etik normalara riayət etməyə çağırır.
Xuraman Etibarlı
İnterpress.az