sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Qarabağ"ın zədələnən futbolçusu Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır. Sport24.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb:
"UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" ilə cavab oyununda zədələnən Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır. Həkimlər yekun rəy verdikdən sonra ətraflı məlumat veriləcək".
Qeyd edək ki, kolumbiyalı oyunçu İngiltərədə 2:3 hesabı ilə məğlub olduqları matçın ikinci hissəsində zədələnərək meydanı tərk edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.