RU

Bu yolda avtobus zolağı ləğv edildi VİDEO

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Moskva prospektində, "Şamaxinka" adlanan ərazidən Sumqayıt istiqamətinə gedən yolda hərəkətin təşkilində dəyişiklik edilib.

"Unikal"ın məlumatına görə, Moskva prospektinin sözügedən hissəsində avtobus zolağı ləğv edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirilib ki, sözügedən ərazidə kiçik bir hissədə kəsişmənin buraxılıcılıq qabiliyyətinin artırılması məqsədilə avtobus zolağı ləğv edilib:

"Qeyd edilən bu kiçik hissədə işıqfor qoyulduğundan və növbəli keçid təmin olunduğundan avtobusların hərəkətinə maneə yaranmayacaq".

Murad İbrahimli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
7
unikal.az

8Источники