RU

Niderland hava yolu şirkəti İsrailə uçuşları dayandırır

İsrail mətbuatı Niderlandın kral hava yolu şirkəti KLM-nin ABŞ ilə İran arasında artan gərginlik fonunda İsrailə uçuşları 1 mart tarixindən etibarən dayandırmaq qərarı aldığını yazıb.

"Cebheinfo.az" xəbər verir ki, “Yediot Ahronot” qəzetinin məlumatına görə, KLM Amsterdam–Təl-Əviv marşrutu üzrə reysləri 1 martdan etibarən ləğv edəcəyini açıqlayıb.

Bildirilir ki, şirkət qərarına əsas kimi İsrailə uçuşların “bu mərhələdə kommersiya və əməliyyat baxımından uyğun olmamasını” göstərib.

Şirkət həmçinin vəziyyəti izləməyə davam edəcəyini və şəraitdən asılı olaraq qərarını yenidən nəzərdən keçirəcəyini qeyd edib.

Избранный
19
cebheinfo.az

1Источники