RU

Harvardda istefa: Epşteyn sənədlərinin izi

ain.az bildirir, Cebheinfo portalına istinadən.

ABŞ-də uşaqlara qarşı cinsi istismar şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunarkən həbsdə ölü tapılan milyarder Ceffri Epşteyn ilə əlaqəsi üzə çıxan keçmiş  maliyyə naziri Larri Summers, Harvard Universitetindəki müəllimlik vəzifəsindən ayrılacağını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Harvard Universiteti tələbələrinin nəşr etdiyi "The Harvard Crimson" qəzetində yer alan açıqlamasında Summers bildirib: “Bu akademik ilin sonunda Harvarddakı professorluq vəzifəmdən təqaüdə çıxmaq kimi çətin qərar qəbul etdim”.

Summers rəsmi vəzifədən asılı olmayaraq, fəxri rektor və təqaüdçü professor kimi zaman-zaman qlobal iqtisadi məsələlər üzrə təhlil və şərhlər vermək imkanını səbirsizliklə gözlədiyini qeyd edib.

Harvard sözçüsü isə istefanın “universitetin hökumət tərəfindən yaxın zamanda yayımlanan Ceffri Epşteynlə bağlı sənədləri araşdırması ilə əlaqəli” olduğunu bildirib.

ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi tərəfindən aparılan Epşteyn istintaqı zamanı Summersin Epşteynlə uzun illər, xüsusilə 2001–2006-cı illərdə Harvardın rektoru olduğu dövrdə əlaqə saxladığı üzə çıxmışdı.

Summersin Epşteynin təyyarəsi ilə azı 4 dəfə uçduğu, həmçinin rektorluğu dövründə Harvardın Epşteyndən milyonlarla dollar ianə aldığı müəyyən edilmişdi.

Xatırladaq ki, Summers keçmiş prezident Bill Klinton dövründə, 1999–2001-ci illərdə ABŞ-nin maliyyə naziri vəzifəsində çalışıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
cebheinfo.az

2Источники