RU

Zelenski Macarıstana münasibətdə siyasətini dəyişdirməlidir - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna lideri Volodimir Zelenskini siyasətini dəyişdirməyə və Macarıstana daha çox hörmət göstərməyə çağırıb.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, o, bunu özünün "X" sosial media səhifəsində yazıb.

"Sizin hərəkətləriniz Macarıstanın maraqlarına ziddir və macar ailələrinin etibarlı və əlverişli enerji təchizatını təhdid edir. Buna görə də, sizi Macarıstan əleyhinə siyasətinizi geri götürməyə çağırıram!",- açıqlamada qeyd olunub.

Qeyd edək ki, Zelenski daha əvvəl Drujba neft kəmərinin təmiri və bərpasının sürətli bir proses olmayacağını bildirmişdi. Orban Zelenskini bu neft kəmərinin fəaliyyətini dərhal bərpa etməyə və Macarıstanın enerji təhlükəsizliyinə qarşı növbəti hücumlardan çəkinməyə çağırıb.

İlahə Qənbərli

Missiya.Az

Избранный
17
missiya.az

1Источники