RU

Azərbaycan benzini tez satılır – Ermənistan naziri

Azərbaycandan gələn benzin Ermənistanda böyük populyarlıq qazanır.

Oxuməni.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Gevork Papoyan parlamentdə jurnalistlərlə söhbətində bildirib.

O, qeyd edib ki, Azərbaycan benzininin qiyməti 430 dramdır, ona tələbat yüksəkdir və tez satılır. Papoyan əlavə edib ki, alınan benzin qurtardıqda qiymətlər yenidən qalxır.

"Təchizatın həcmi nə qədər çox olsa, yanacaq bazardan bir o qədər tez yox olur, çünki istehlakçılar daha ucuz benzini fəal şəkildə alırlar. Azərbaycan benzini qurtaran kimi digər yanacaq növlərinin qiymətləri artır" –Papoyan bildirib.

Nazir vurğulayıb ki, qiymətləri aşağı səviyyədə saxlamaq üçün Azərbaycan benzininin təchizatını artırmaq lazımdır.

Ermənistan İqtisadiyyat Nazirliyinin rəhbəri diqqəti ona yönəldib ki, gələcəkdə ölkələr arasında ticarət dövriyyəsinin həcmi yüz milyonlarla dollar təşkil edə bilər.

Almaz Həsənli

Избранный
1
1
oxumeni.az

2Источники