RU

“Türkiyə bunu edə bilər” İrəvan Türk Hava Yolları ilə danışıqlara başladı

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan hökuməti İrəvan-Los-Anceles arasında birbaşa təyyarə reysi ilə əlaqədar Türkiyə Hava Yollarıyla danışıqlara başlayıb.Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Türkiyədə dərc olunan həftəlik “Agos” qəzeti yayıb. Qəzetə danışan Ermənistan Turizm Komitəsi sədri Lüsin Gevorqyan görüşlərin davam etdiyini təsdiqləyib.Planlaşdırılan marşrutun həm ticarət, həm də siyasi baxımdan müsbət nəticələr gətirə biləcəyi səbəbindən İrəvanda müzakirə mövzusuna çevrilib. Gevorqyan bildirib ki, Türk hava Yolları uzun məsafəli uçuşları həyata keçirmək gücünə malikdir:“Dünyanın üçüncü ən böyük hava yolu şirkəti olaraq onlar İrəvan ilə Los-Angeles arasında birbaşa əlaqə qura bilərlər. Cavablarının necə olacağını deyə bilmərəm, amma texniki və logistika baxımından bunu edə bilərlər”.Gevorqyan həmçinin qeyd edib ki, marşrut hazırda yeni təyinat yerləri siyahısına daxil edilib, lakin dəqiq təqvim hələ müəyyənləşməyib.Bundan əlavə Türk Hava Yolları mart ayından etibarən İrəvan-İstanbul arasında birbaşa uçuşlara başlayacaq. Martın 11-dən etibarən gündəlik olacaq reyslər, mayın 14-dən sonra həftədə 10, 15 iyundan etibarən isə 14 dəfə olacaq.Cavid, BakuPost Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
www.bakupost.az

1Источники