Xorvatiya, Fransa və Slovakiyanın Bakıdakı səfirlikləri Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar paylaşım edib.
"Report" xəbər verir ki, bu barədə diplomatik missiyaların sosial şəbəkələrdəki hesabında bildirilib.
Fransanın səfirliyinin paylaşımında qeyd olunub: "Bu gün biz Azərbaycan xalqı ilə birlikdə Xocalı qurbanlarının xatirəsini yad edirik".
Xorvatiyanın səfirliyinin paylaşımında bildirilib: "Bu gün biz dərin kədər hissi ilə Xocalı soyqırımı qurbanlarını xatırlayırıq və o faciəli gecədə yaxınlarını itirənlərə başsağlığı veririk".
Slovakiyanın Bakıdakı səfirliyi də Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.