RU

Kazemiro İtaliya klublarından birinə keçə bilər

İngiltərənin "Mançester Yunayted" klubundan ayrılmağa hazırlaşan Kazemiro karyerasını Avropada davam etdirmək niyyətindədir.

"Far.Az" "The Sun" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi hələ də yüksək səviyyədə oynaya biləcəyinə əmindir.

İtaliya klublarından birinə keçəcəyi gözlənilən braziliyalı futbolçunun "Old Trafford"dakı 4 illik karyerası bu ilin iyununda başa çatır. "Mançester Yunayted" yarımmüdafiə xəttində köklü dəyişikliklər etmək məqsədilə oyunçunun müqaviləsindəki 12 aylıq uzadılma bəndindən istifadə etməmək qərarına gəlib.

Kazemiro bu mövsüm bütün turnirlərdə 26 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, komandanın yeni baş məşqçisi Maykl Kerrikin rəhbərliyi altında keçirilən 6 qarşılaşmada start heyətində yer alıb.

Избранный
32
far.az

1Источники