Almaniyanın, Yaponiyanın və Niderlandın Azərbaycandakı səfirlikləri Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar paylaşım ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə diplomatik missiyaların sosial şəbəkələrində məlumat verilib.
Almaniya səfirliyinin paylaşımında qeyd edilib: "Biz 34 il əvvəl Xocalıda həlak olanların xatirəsini hörmətlə yad edirik".
Yaponiya səfirliyindən bildirilib: "Bu gün Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar qurbanların xatirəsini yad edirik. Yaponiya hökuməti bütün soyqırımlara qarşı çıxır!"