RU

"Mançester Yunayted"dən "Beşiktaş"a keçir

"Mançester Yunayted"in və Türkiyə millisinin qapıçısı Altay Bayındır bu yay Beşiktaşa keçəcək.

"Unikal" xəbər verir ki, Türkiyə klubu artıq oyunçu ilə şəxsi şərtləri razılaşdırıb.

Əvvəlcə 3 milyon avro maaş müzakirə olunsa da, tərəflər sonda 2 milyon avro məbləğində razılığa gəliblər. “Qırmızı şeytanlar” ləqəbli Mançester Yunayted qapıçını 5 milyon avroya satmağa razılaşıb və o, yay transfer pəncərəsi açıldıqdan dərhal sonra yeni komandasına qoşulacaq.

Altay Bayındır bu mövsüm altı oyunda meydana çıxıb və 11 qol buraxıb. O, daha əvvəl Ankaragücü və Fənərbağça komandalarında çıxış edib.

Избранный
3
unikal.az

1Источники