RU

ABŞ və İran arasında danışıqların üçüncü raundu başladı

İsveçrənin Cenevrə şəhərində Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında nüvə danışıqlarının üçüncü raundu başlayıb.

Turkustan.az xəbər verir ki, İran mediasının məlumatına görə, danışıqlar yerli vaxtla təxminən saat 09:00-da başlayıb.

İran və ABŞ arasında mesaj mübadiləsi yolu ilə Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar Cenevrədəki Omanın səfirliyinin iqamətgahında keçirilir.

Cenevrə danışıqlarında İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ tərəfini isə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edir.

Trampın müşaviri Cared Kuşner də ABŞ nümayəndə heyətinin tərkibindədir.

Danışıqlar Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi tərəfindən əlaqələndirilir.

Aytən Yaşar/ Turkustan.az

Избранный
12
1
turkustan.az

10Источники