RU

Xorvatiya və Slovakiya səfirlikləri Xocalı faciəsi ilə bağlı paylaşım etdi

Xorvatiya və Slovakiyanın Bakıdakı səfirlikləri Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar paylaşım edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə diplomatik missiyaların sosial şəbəkələrdəki hesabında bildirilib.

Xorvatiyanın səfirliyinin paylaşımında bildirilib: "Bu gün biz dərin kədər hissi ilə Xocalı soyqırımı qurbanlarını xatırlayırıq və o faciəli gecədə yaxınlarını itirənlərə başsağlığı veririk".

Slovakiyanın Bakıdakı səfirliyi də Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

"Cebheinfo.az"

Избранный
27
3
cebheinfo.az

5Источники