ain.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Ayntaxt"ın futbolçusu Nnamdi Kollins karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az "Teamtalk"a istinadən xəbər verir ki, "Liverpul", "Mançester Siti", "Arsenal", "Brayton" və "Brentford" 22 yaşlı müdafiəçinin xidmətində maraqlıdırlar.
Mənbənin sözlərinə görə, Frankfurt təmsilçisi almaniya futbolçunun transfer məbləğini 40-50 milyon avro civarında müəyyən edib.
Qeyd edək ki, Kollins 2023-cü ilin yayından "Ayntraxt"ın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 26 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun Almaniya klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.