RU

Çin Xarici İşlər Nazirliyi: ABŞ la İran arasında müharibə başlamayacaq

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çin hakimiyyəti ABŞ-ın İranla hərbi münaqişəyə başlamayacağına ümid edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.

"Ümid edirik ki, bütün tərəflər sülhə dəyər verəcək, təmkin nümayiş etdirəcək və fikir ayrılıqlarını dialoq yolu ilə həll edəcəklər", - deyə o, brifinqdə Pekinin Amerikanın İrana hücumu halında Tehranı dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı suala cavab olaraq bildirib.

Çinli diplomat hazırkı vəziyyətdə Çinin "məsuliyyətli böyük bir güc rolunu oynamağa davam etməyə hazır olduğunu" aydınlaşdırıb. O, əlavə edib ki, Çin hakimiyyəti İranla bağlı hadisələri yaxından izləyir.

"Çin problemlərin siyasi və diplomatik yollarla həllini daim müdafiə edir. Biz beynəlxalq münasibətlərdə güc tətbiqinə və ya güc təhdidinə qarşıyıq", - deyə Mao Ninq əlavə edib.

Sözçü Çinin ənənəvi olaraq İranla dostluq münasibətləri qurduğunu təkrarlayıb. "Çin milli sabitliyin təmin edilməsində və onların qanuni hüquq və mənafelərinin qorunmasında İran hökumətini və xalqını dəstəkləyir", - deyə o əlavə edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
bizimyol.info

1Источники