RU

Abbas Əraqçi: İran həm sülhə, həm də hərbi ssenariyə hazırdır

Bakı, 26 fevral, AZƏRTAC

İran həm dinc, həm də hərbi ssenariyə tam hazırdır, lakin Tehranın məqsədi münaqişənin qarşısını almaqdır.

AZƏRTAC xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bunu Cenevrədə ABŞ ilə danışıqlardan öncə “India Today” telekanalına müsahibəsində deyib. Nazir qeyd edib ki, Silahlı Qüvvələr verilən tapşırıqları yerinə yetirməyə hazırdır və İran özünü effektiv şəkildə müdafiə etməyə qadirdir. O, həmçinin əlavə edib ki, Tehran son müharibədən nəticə çıxarıb və növbəti münaqişəyə daha yaxşı hazırlaşıb.

Abbas Əraqçi Tehranın nüvə texnologiyasından dinc məqsədlərlə istifadə hüququndan güzəştə getməyəcəyini bir daha vurğulayıb.

Xatırladaq ki, yanvar ayında Ağ Ev İrana qarşı güc tətbiqini ciddi şəkildə nəzərdən keçirdiyi barədə xəbərdarlıq edib. Daha sonra Vaşinqton Tehranın danışıqlar masasına oturacağına və nüvə silahlarının tamamilə ləğvini nəzərdə tutan “ədalətli və bərabər” razılaşmaya imza atacağına ümid etdiyini bildirib.

 

Избранный
12
2
azertag.az

3Источники