RU

İran XİN: ABŞ-nin ziddiyyətli açıqlamaları danışıqlar prosesinə mane olur

Bakı, 26 fevral, AZƏRTAC

Vaşinqtonun İranla bağlı qeyri-müəyyən açıqlamaları nüvə danışıqlarında irəliləyişin qarşısını alır.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Beqai dövlət telekanalına açıqlaması zamanı deyib.

“ABŞ-nin bəyanatlarındakı ziddiyyətlər diplomatik prosesin davam etməsinə əngəl törədir”, - deyə XİN nümayəndəsi bildirib.

Qeyd edək ki, bu gün ABŞ və İran arasında Tehranın nüvə məsələsi ilə bağlı danışıqların üçüncü raundu başlayıb. Tərəflər bundan öncə fevralın 17-də bir araya gəlmişdi.

Избранный
10
3
azertag.az

4Источники