RU

Orbandan “Drujba” neft kəməri ilə bağlı Zelenskiyə çağırış


Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskiyə açıq məktub göndərib.
Yeniavaz.com
xəbər verir ki, o, məktubu “X” sosial şəbəkə səhifəsində dərc edib.
Məktubda Orban Zelenskini “Drujba” neft kəmərinin işini dərhal bərpa etməyə çağırıb.
“Son günlərdə Macarıstanın enerji təchizatı üçün çox vacib olan “Drujba” neft kəmərini bağlamısınız. Hərəkətləriniz Macarıstanın maraqlarına ziddir və macar ailələrinin təhlükəsiz və əlverişli enerji təchizatını təhlükə altına qoyur. Buna görə də, sizi Macarıstan əleyhinə siyasətinizi dəyişdirməyə, ”Drujba” neft kəmərinin işini bərpa etməyə və Macarıstanın enerji təhlükəsizliyinə qarşı hər hansı bir hücumdan çəkinməyə çağırıram. Macarıstana daha çox hörmət!”, - Orban məktubda bildirib.
O, həmçinin, Ukraynanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı suveren Macarıstan hökumətinin və macar xalqının mövqeyini qəbul etməyə çağırıb.
Məktubda eləcə də, Macarıstanda keçiriləcək qarşıdan gələn seçkilər kontekstində siyasi məsələlər yer alıb.
Избранный
18
1
yeniavaz.com

2Источники