ain.az, Qol.az saytına istinadən bildirir.
Ərdoğan Okan Buruka zəng etdi - Video
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA Çempionlar Liqasında 1/8 finala yüksələn "Qalatasaray" klubunu təbrik edib.
QOL.az xəbər verir ki, pley-off mərhələsinin ilk oyununda "Yuventus"u 5:2 hesabı ilə məğlub edən İstanbul təmsilçisi cavab matçında 2:3 uduzsa da, ümumi nəticəyə əsasən 1/8 finala adlayıb.
Oyundan sonra Ərdoğan baş məşqçi Okan Buruklə telefonla danışıb. Dövlət başçısı “Bu, ölkəmiz üçün çox böyük uğurdur” deyib. Buruk isə qələbəni prezidentin doğum gününə hədiyyə etdiklərini bildirib.
Daha sonra Ərdoğan futbolçu Barış Alper Yılmazla da danışaraq “53 nömrə ilə üzərinə düşəni etdin. Afərin” deyib.
Qeyd edək ki, "Qalatasaray"ın növbəti rəqibi İngiltərə klublarından “Liverpul” və ya “Tottenhem” olacaq. Püşkatma fevralın 27-də keçiriləcək.
Bizi İnstaqramda da izlə
Посмотреть эту публикацию в Instagram
Публикация от Qol.az (@qolaz)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.