RU

Paşinyan Putinin “həlledici rolu” ndan danışıb

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AzVision.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Polşa Beynəlxalq Münasibətlər İnstitutunda leçirilən tədbirdə Rusiyaya bazanı bağlamaq xahişi ilə müraciət edib-etməməsi ilə bağlı sualın cavabında belə deyib. “Ermənistandakı (Gümrüdə yerləşən) 102-ci Rusiya hərbi bazasının mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız və ya narahatlığımız yoxdur. Rusiya Federasiyası ilə sıx tərəfdaşlığımız var — iqtisadi və siyasi əlaqələr qurulub”, - Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə münasibətləri hazırda “transformasiya mərhələsini” yaşayır. - Bu gün biz Rusiya ilə yeni münasibətlər qururuq. Biz qətiyyətliyik və Rusiya Federasiyası ilə əməkdaşlığı inkişaf etdirmək istəyirik, amma fakt budur ki, bu münasibətlər bir sıra amillərə görə dəyişir”, - Ermənistanın Baş naziri vurğulayıb. Paşinyan 8 noyabr 2020-ci ildə Ermənistanla Azərbaycan arasında atəşkəsin yaradılmasında Rusiyanın və Rusiya Prezidenti Vladimir Putinin “həlledici rolu” nu da qeyd edib. Onun sözlərinə görə, bu razılaşma gələcəkdə İrəvan və Bakı tərəfindən Vaşinqtonda imzalanan bəyannaməyə çevrildi. Xarici səfirlər, diplomatlar və beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi bu tədbirdə Nikol Paşinyan Ermənistan-Türkiyə sərhədində yeni infrastrukturun yaradılmasında İrəvanın Avropa İttifaqının (Aİ) köməyinə ümid etdiyini bildirib. “Hava sərhədi açıqdır, Ermənistandan Türkiyəyə müntəzəm uçuşlarımız var və ikitərəfli uçuşların həcminin artacağını gözləyirəm. Amma təbii ki, quru sərhədinin də açılacağına ümid edirik. Yeri gəlmişkən, Türkiyə ilə sərhəddə yeni infrastruktura ehtiyacımız olacaq və hazırda Aİ-nin buna necə dəstək verə biləcəyini müzakirə edirik”, - Ermənistan hökumətinin rəhbəri deyib. Paşinyan bir daha diqqətə çatdırıb ki, Ermənistan Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə gedən yük maşınları üçün marşrut təmin etməyə hazırdır. Bunun üçün infrastruktur tam hazırdır. Sahil İsgəndərov

AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
azvision.az

1Источники