RU

Qucağında azyaşlı ilə sükan arxasında oturan sürücü CƏZALANDIRILDI VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sumqayıt şəhərində yol hərəkəti qaydalarını kobudcasına pozan sürücü cəzalandırılıb.Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Qeyd olunub ki, yayımlanmış videomaterial üzrə müvafiq araşdırma aparılıb.

"Araşdırmanın nəticəsinə uyğun olaraq, "KIA Soul" markalı 77-TE-440 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nahid Yaqub oğlu Aslanov barəsində qanunvericiliyə uyğun inzibati məsuliyyət tədbirləri görülüb.

Sürücü tutduğu əməldən peşman olduğunu bildirib və bir daha bu kimi əməllərə yol verməyəcəyinə dair vəd verib.

Baş Dövlət Yol Polis İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına daha məsuliyyətli yanaşmağa, özlərinin, doğmalarının həyatını təhlükəyə atmamağa çağırır. Unutmayaq ki, yol birgə məsuliyyət yeridir", - deyə məlumatda vurğulanıb.

***19:21, 25 fevral 

Sumqayıt şəhərində sürücü kobud qayda pozuntusuna yol verib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, "KIA Soul" markalı 77-TE-440 dövlət nömrə nişanlı avtomobil şəhərin mərkəzi hissələrindən birindəki küçədə dairəyə daxil olan avtomobili gözləmədən həmin avtomobilin hərəkət zolağına çıxır.

Bu azmış kimi, sürücü digər avtomobilin hərəkət zolağında manevr qaydalarını yenidən pozur. Qayda pozan, dönmə işığından istifadə etməyən sürücünün qucağında azyaşlı uşaq da olub.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
avtosfer.az

1Источники