RU

ABŞ-nin keçmiş F-35 təlimatçısı Çin hərbi pilotlarını hazırlamaqda ittiham olunur

ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş pilotu Çin hərbi pilotlarına Dövlət Departamentinin icazəsi olmadan təlim keçməkdə ittiham edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı press-relizdə bildirilir.

Məlumata görə, ABŞ vətəndaşı, Hərbi Hava Qüvvələrinin keçmiş əməkdaşı və pilot Cerald Eddi Braun-kiçik İndiana ştatının Ceffersonvill şəhərində həbs olunub. Ona Çin hərbi pilotlarına icazəsiz şəkildə hərbi xidmətlər göstərmək ittihamı irəli sürülüb.

Rəsmi açıqlamada qeyd olunur ki, məhkəmə prosesi fevralın 26-da İndiana ştatında keçiriləcək. İstintaqın versiyasına əsasən, Braun 2023–2026-cı illər ərzində Çin Xalq Respublikasının pilotlarına təlim keçib.

ABŞ qanunvericiliyinə əsasən, ölkənin keçmiş hərbi qulluqçularının xarici dövlətlərə hərbi xidmət göstərməsi üçün Dövlət Departamentinin xüsusi icazəsi tələb olunur. İttiham sübuta yetirilərsə, onu ciddi hüquqi məsuliyyət gözləyir.

Aliyə
NOCOMMENT.az

Избранный
8
nocomment.az

1Источники