"Football-plus.az" xəbər verir ki, “MMA Fighting” nəşri Uaytın açıqlamasını yayıb:
“Tarix yaxınlaşdıqcaq bir çox ideya üzərində düşünəcəyik. Prezident Tramp və onun komandası ilə görüşmək üçün Vaşinqtona uçacağıq. Həmin görüşdə təşkilatçılıq məsələləri ilə yanaşı, turnir iştirakçılarının tərkibi də müəyyənləşəcək. Tədbirin təşkilatçılığı ilə bağlı ümumilikdə üç fərqli variantımız var. Baxaq görək Tramp hansı variantı bəyənəcək. Möhtəşəm, unikal, xüsusi və çox baha tədbir olacaq”.
Xatırladaq ki, Ağ Evdə keçiriləcək turnir iyunun 16-na planlaşdırılıb.