Biləsuvarda gənclər arasında yaranan mübahisə bıcaqlanma ilə nəticələnib.
Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndində baş verib.
Cəbrayıl rayon sakini 22 yaşlı Fərid Həziyevin iş yoldaşları tərəfindən bıçaqlandığı bildirilir. Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılan F. Həziyev əməliyyat olunub, reanimasiyaya yerləşdirilib.
Əməli törətmək şübhəli bilinən 35 yaşlı Tural Əmirxanov və 26 yaşlı Əli Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar. Məlumata görə, adı çəkilən şəxslər rayonda Günəş elektrik stansiyasının tikintisində çalışırlar.
Faktla bağlı araşdırma aparılır.