RU

2,9 milyonluq tenderin qalibi olan şirkət "qara siyahı"da - Saxta sənəd təqdim edib

2,9 milyonluq tenderin qalibi olan şirkət "qara siyahı"da - Saxta sənəd təqdim edib

Satınalma müsabiqələrində fəal iştirak edən və vaxtaşırı qalib seçilən "Dream Construction Company" MMC etibarsız təchizatçılar siyahısına salınıb.

AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət 24 fevral 2027-ci ilədək satınalma müsabiqələrində iştirak edə bilməz. "Dream Construction Company" MMC-nin etibarsız təchizatçılar siyahısına salınmasının səbəbi isə saxta sənəd təqdim etməsi ilə bağlıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Dream Construction Company" MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5515 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cavadov Cavid Elman oğludur.

"Dream Construction Company" MMC "Otaxlı" MMC adı ilə fəaliyyət göstərib. Şirkət təsis ediləndən bu günədək qanuni təmsilçisi 4 dəfə dəyişib.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Dream Construction Company" MMC ötən il 13 tenderin qalibi seçilib. Bu tenderlər aşağıdakı qurumlar tərəfindən keçirilib:

Sumqayıt Şəhər İcra Hakimiyyəti – 3 tender Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi – 2 tender Bərdə Rayon İHB-nin Şəhər Nümayəndəliyi – 2 tender Bərdə Rayon İcra Hakimiyyəti – 1 tender Ağdam Rayon İcra Hakimiyyəti – 3 tender Qubadlı Rayon İcra Hakimiyyəti – 1 tender Ağdam Rayon İHB-nin Quzanlı Ərazi Nümayəndəliyi – 1 tender.

Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri isə 2 961 891,07 manat təşkil edir.

Избранный
1
9
afn.az

10Источники