RU

Pentaqon şokda: Amerikalı təlimatçı Çin qırıcılarını ABŞ-a qarşı hazırlayırmış

ABŞ və Çin arasında hərbi-texnoloji rəqabətin pik həddə çatdığı bir vaxtda Pentaqonu sarsıdan xəyanət faktı üzə çıxıb. ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş pilotu və 5-ci nəsil F-35 qırıcılarının təlimatçısı olmuş Cerald Eddi Braun Çin hərbi pilotlarına gizli təlimlər keçdiyi üçün Federal Təhqiqat Bürosu (FTB) tərəfindən həbs edilib.

Musavat.com xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin yaydığı rəsmi press-relizdə bildirilir ki, ABŞ vətəndaşı olan Cerald Braun İndiana ştatının Ceffersonvill şəhərində saxlanılıb. O, ABŞ Dövlət Departamentindən xüsusi icazə almadan Çin Xalq Azadlıq Ordusunun (PLA) pilotlarına peşəkar hərbi xidmətlər göstərməkdə və ABŞ-ın taktiki hava döyüşü sirlərini Pekinə ötürməkdə ittiham olunur.

İstintaqın məlumatına görə, keçmiş F-35 təlimatçısı Çin pilotlarını hazırlamağa hələ 2023-cü ildə başlayıb və bu fəaliyyət 2026-cı ilin əvvəlinə qədər davam edib. Bu müddət ərzində Braunun Çin tərəfindən böyük məbləğdə pul mükafatı aldığı və ABŞ-ın ən müasir qırıcılarının manevr imkanları, zəif tərəfləri və döyüş taktikaları barədə məlumatları bölüşdüyü ehtimal olunur.

Bu gün, 26 fevral 2026-cı ildə İndiana ştatında Cerald Braunun ilk məhkəmə iclası keçiriləcək. Prokurorluq onun milli təhlükəsizliyə ağır zərbə vurduğunu və ABŞ ordusunun texnoloji üstünlüyünü riskə atdığını iddia edir. Braunu ömürlük həbs cəzası gözləyə bilər.

Hərbi ekspertlər qeyd edirlər ki, bu hadisə ABŞ-ın keçmiş hərbi mütəxəssislərinin xarici dövlətlər tərəfindən "ovlanması" probleminin nə qədər ciddi olduğunu göstərir. Pekin xüsusilə Qərb texnologiyalarını mənimsəmək üçün bu cür yüksək ixtisaslı pilotları astronomik məbləğlərlə öz tərəfinə çəkməyə çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
19
olaylar.az

1Источники