Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo "Almeriya"nın (İspaniya) 25 faizlik səhmini satın alıb.
QOL.az xəbər verir ki, bu barədə "Touchline" qəzeti məlumat yayıb.
Ronaldo səhm alması ilə bağlı açıqlama da verib. O deyib: "Mən çoxdan futbolda meydandan kənarda da fərq yaratmağı arzulayıram. "Almeriya" möhkəm təməllərə və aydın inkişaf potensialına malik bir İspaniya klubudur. Klubun inkişafının növbəti mərhələsini dəstəkləmək üçün rəhbərliklə işləməyi səbirsizliklə gözləyirəm".
"Almeriya" 2025/26 mövsümündə 2-ci La Lliqada 27 oyundan 48 xalla 3-cüdür.