RU

Mərhəmədin sustuğu gecədən tarixi ədalətə

ain.az, Modern.az saytına istinadən bildirir.

1992-ci ilin fevralın 25-dən 26-a keçən o dəhşətli gecə Xocalıda kəskin şaxta vardı, qar vardı. 

Körpə uşaqlar vardı – soyuqdan və qorxudan analarına sarılan. 

Analar vardı – övladını bağrına basıb vahimədən qorumağa çalışan. 

Atalar vardı – ailəsini xilas etmək üçün son gücünə qədər mübarizə aparan. 

Qocalar vardı - ömrünün son fəslində fəryadlara bürünən…

Amma o gecə Mərhəmət yox idi. 

Vicdan yox idi. 

İnsanlıq yox idi.

Xocalı faciəsi - qəddarlıqdır.  Günahsız insanlara qarşı o dərəcədə, o miqyasda amansızlıq və zorakılıq bəşər tarixində nadirdir.

Dünya bu zülmə susmuşdu, amma Azərbaycan dövləti öz gücü ilə tarixi ədaləti bərpa etdi.

Bu gün azad Qarabağda, o cümlədən Xocalı şəhərində üçrəngli Dövlət Bayrağımızın əzəmətlə dalğalanması qürurvericidir. Bu, Azərbaycan Prezidentinin siyasi qətiyyətinin, dövlətimizin sarsılmaz iradəsinin, ordumuzun qüdrətinin, xalqımızın milli həmrəyliyinin nəticəsidir.

Geopolitik fon dəyişə bilər, amma milli yaddaş dəyişməzdir.

Xocalı soyqırımı dünyanın dəyişkən beynəlxalq münasibətlər sistemində dəyişməyən milli mövqeyimizdir.

Bu gün biz hər birimiz Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edir, Şəhidlərimizin ruhu qarşısında baş əyirik.  

Unutmuruq. 

Unutmayacağıq. 

Unutdurmayacağıq.Günay Əfəndiyeva

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
modern.az

1Источники